Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dəfnə sabununun faydaları nələrdir?

Dəfnə sabununun faydaları nələrdir?
Sakura

Dəfnə sabununun faydaları nələrdir?

Dəfnə sabunu dəfnə ağacının yarpağındakı yağlardan istehsal olunur. Xüsusilə saçlarda istifadəsi ilə olduqca məşhurdur. Dəfnə sabununu necə istifadə etməliyik?

Medpress.az xarici mətbuata istinadla dəfnə sabununun faydalarını təqdim edir.

Mikrob öldürücü xüsusiyyəti olduğu məlum olan dəfnə sabunu bir çox saç və dəri xəstəliklərinə qarşı saçı və dərini qoruyur. Göbələk və ekzema yaranmasına böyük ölçüdə mane olduğu məlum olan dəfnə sabunu saç tökülməsinin də qarşısını alır.

Dəfnə sabunu haralarda istifadə edilir?

 Dəridəki bölünmələrə və yaralara yaxşı təsir göstərir. Dərinin əvvəlki sağlam vəziyyətə qayıtmasına yardımçı olur.

 Dərinizə  təbii peeling olaraq dəfnə sabununu seçə bilərsiniz. Xüsusilə dəliklərin təmizlənməsində böyük rol oynayır. Sızanaq əmələ gəlmələrinin qarşısının alınmasını təmin edir.

 Saçların daha dolğun və güclü görünməsini təmin edir.

 Həssas və korlanmağa olmağa meylli bir dəriniz varsa, dəfnə sabunu istifadə edərək dərinizin yağ tarazlığının təmin edilməsinə töhfə verə bilərsiniz.

 Kişilərin üz qırxmaq sabunu olaraq dəfnə sabunu istifadə etmələri daha sağlam bir dəriyə sahib olmalarını təmin edir. Bu zaman zədələnməyə səbəb olacaq dərinin zərər görməsi əngəllənir.

Dəfnə sabunu alarkən diqqətli olun

Dəfnə sabunu alınarkən saf  dəfnə olduğuna əmin olmalısınız. Əks halda dəfnə sabunu zənn edilən başqa bitkilərdən düzəldilmiş sabunu q ehtimalınız ortaya çıxır.

İstifadə ediləcək yeri yaxşı təmizləyin

Dəfnə sabununu istifadə edəcəyiniz yer yaxşı təmizlənməlidir. Saça istifadə ediləcəksə, eyni şəkildə üzünüzü bolluca su ilə yuyub ardından dəfnə sabunu istifadə edilməlidir. Dəri təmizliyində istifadə ediləcəksə, eyni şəkildə üzünüzü bol su ilə yuyub, daha sonra dəfnə sabununun istifadə edilməsi lazımdır. Dəfnə sabununu dərinizə istifadə etdiyiniz zaman sabunu yaxşıca durulamaq məsləhət görülür. Üzdə sabun qalığı qalmayacaq şəkildə üzün təmizlənməsi təklif edilir.

Dəriniz qurudursa, çox tez-tez istifadə etməyin

Əgər quru dəriyə sahib olsanız çox tez-tez istifadə edilməməsi tövsiyə edilir. Dəfnə sabununun dərinin daha da qurumasına yol açacağı üçün hər gün istifadə edilməməsi təklif edilir. 2-3 gündə bir istifadə edilməsi quru dərilər üçün daha uyğundur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR