Slimfit
  1. PSİXOLOGİYA

Daxili saat ləngiyəndə

Daxili saat ləngiyəndə
Sakura

Daxili saat ləngiyəndə

Cavanlar özünə inamsızlıqdan, yaşlı insanlar isə özünə güvəndiyindən gecikir. Bunu ABŞ-da tədqiqatçılar sübut edib, öz sınaqlarının nəticələrini isə Journal of Experimental Psychology-də dərc ediblər. Onlar tələbə və 60 yaşlı insanları toplayaraq onlara qısa testdən keçməyi təklif etdi. Bu zaman hər bir yaş qrupun yarısı musiqi sədaları altında, digər hissəsi isə musiqisiz testdən keçdilər. Sonra hər iki qrupa pazl yığmaq və eyni qısa testi yenidən keçmək üçün 20 dəqiqə əlavə vaxt verdilər. Aydın oldu ki, musiqi sədaları altında test dolduran cavanlar pazldan sonra testə ayrılacaq zaman aralığını daha dəqiq müəyyən etdilər.  Alimlər hesab edir ki, bu xarici zaman markerinin ( musiqinin müddəti) istifadəsindən asılıdır. Məhz bu cavanlara istiqamətlənməyə kömək etdi. Digərləri zamanla bağlı səhvə yol verdilər. Cavanlarda “daxili saat”ları, yəni zaman axınını intuitiv və obyektiv ayarlamaq üçün kifayət qədər təcrübə yoxdur.

“İdeal saatlar daim hərəkət edir. İdeal zaman – bəzən sürətli, bəzən isə yavaşdır”.

Yaşlılar isə əksinə “daxili saat”larına qulaq asmağa adət etdikləri üçün müəyyən edə bilmədilər. Yetkinlik illərində yığılmış təcrübənin hesabına bu mexanizm işləyirdi. Lakin zaman qavrayışı yaş artdıqca fizioloji və psixoloji xüsusiyyətlərin təsiri ilə ciddi dəyişir. Daxili saatlar xəta ilə işləməyə başlayır. Buna görə də alimlər məsləhət görür ki, 60 yaşından sonra daxili saatla deyil, xarici zaman markerlərindən istifadə edilsin.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR