Dərc edildi: Baxış sayı: 875
Daxili İşlər naziri yeni rəis təyin etdi
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis-polkovniki Sərdar Səfərov Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, daha əvvəl bu vəzifəni polis polkovniki Nurullah Məmmədxanlı yerinə yetirib.
O, nazirin əmri ilə BŞBPİ-nin rəis müavini vəzifəsinə təyin edilib.
S.Sərdarov isə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.
İlhamə Əbülfət
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət