Slimfit
  1. CƏMİYYƏT

Daxili İşlər naziri: “Polisin güvənc yerinə çevrilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir

Daxili İşlər naziri: “Polisin güvənc yerinə çevrilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir
Sakura

Daxili İşlər naziri: “Polisin güvənc yerinə çevrilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi, polisin insanların güvənc yerinə çevrilməsi, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir”.

Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyində (DİN) keçirilən əməliyyat müşavirəsində Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov deyib.

Qarşıya qoyulmuş mühüm vəzifələrdən danışan Daxili İşlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR