Dərc edildi: Baxış sayı: 501
Davudoğludan AKP-dən qovulmasına dair açıqlama
AKP rəhbərliyi şəxsləri deyil, daha öncə xatırlatdığımız prinsipləri "üzvlükdən" çıxarmaq istəyir. Dediklərimizin arxasındayıq.
Axar.az xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Tvitter hesabında bildirib.
Qeyd edək ki, daha öncə AKP-nin daxili iclasında Ə.Davudoğlunun partiyadan kənarlaşdırılması müzakirə edilib.
Qeyd edək ki, AKP-nin Mərkəzi İcraiyyə Komitəsi keçmiş baş nazir Əhməd Davudoğlu ilə birlikdə 3 keçmiş millət vəkili və 2 mahal sədrinin partiyadan mütləq xaric edilməsi tələbi ilə İntizam Komitəsinə müraciət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət