Dərc edildi: Baxış sayı: 466
Davudoğlu CHP-çini yeni partiyaya dəvət etdi
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu CHP millət vəkili İhsan Özkəsi yeni quracağı partiyaya dəvət edib.
Axar.az xəbər verir ki, bu barədə Özkəs özü məlumat verib.
O, Davudoğlunun onunla əlaqə saxlayaraq, yeni heyətə dəvət etdiyini və keçirilən görüşdə də iştirak etdiyini bəyan edib:
"Keçmiş baş nazirin dəvəti ilə keçirilən görüşdə iştirak etdim. Davudoğlu seviləcək bir şəxsdir. Özü mövcud sistemdən narahat olduğunu etiraf edib. Bu səbəbdən onun yanında yer aldım".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət