Dərc edildi: Baxış sayı: 466
David Qareci mübahisəli yox, açıq məsələdir – Tiflis
David Qareci (Keşikçidağ) mübahisəli yox, açıq məsələdir.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani deyib.
“Mən bunu mübahisəli məsələ adlandırmazdım. Belə ki, bizim Azərbaycan kimi qonşularımız və strateji tərəfdaşlarımızla heç bir mübahisəli məsələmiz yoxdur. Bu, delimitasiya-demarkasiya ilə bağlı açıq məsələdir. Bu, ağır sovet mirasıdır, hansı ki, uzun illər ərzində həlli mümkün olmayıb”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət