Slimfit
  1. MƏDƏNİYYƏT

Daşkənddə Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı özbək dilində çap olunub

Daşkənddə Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı özbək dilində çap olunub
Sakura

Daşkənddə Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı özbək dilində çap olunub

Daşkənddəki “Kamalak” nəşriyyatında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və “Kaspi” Təhsil Şirkətinin birgə layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı özbək dilində çap olunub.

AZƏRTAC xəbər verir ki, “Dünya yuxutək əriyir...” şeirlər kitabının tərtibçisi və “Ön söz”ün müəllifi AMM-nin direktoru Samir Abbasov, tərcüməçisi Şəhla Qasımovadır.

“Ön söz”də deyilir ki, gənc yaşlarından öz yaradıcılığı ilə həssas oxucu auditoriyasının diqqətini çəkən və məhəbbətini qazanan şairə Leyla xanım Əliyeva bir çox şeir kitablarında qəlbinin incə notlarını kağız üzərinə köçürərək, insanlara təbiilik, sadəlik və humanistlik kimi ülvi hisslər aşılayır.

Tərtibçi qeyd edir ki, dünyanın adi gözlə görülməyən ilahi gözəlliklərinə vurğunluq həm şair, həm də rəssam olan Leyla xanımın əsərlərinin mayasını təşkil edir və bu əsərlərdə əsl həyat mənzərəsi canlandırılır.

“Ön söz”də vurğulanır ki, Leyla Əliyeva öz əsərlərində yaşadığı mühitdə baş verən hadisələri, yaşanan ağrıları, həyatın işığını və qaranlığını, xeyrini və şərini, sevincini və kədərini, yaxşılığı və pisliyi poeziyanın dili ilə oxucuya çatdırır.

Qeyd olunur ki, Leyla Əliyevanın Azərbaycan xalqının ümummilli lideri, babası Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Elegiya” əsəri milyonlarla insanın qəlbinə yol tapıb. Bu şeirdə şairə ayrılıq, həsrət hissi ilə yanan incə qəlbinin çırpıntılarını dilə gətirir.

Nəşrdə müəllifin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və s. şeirləri ilk dəfə olaraq özbək oxucularına çatdırılır.

Kitabın tərtibçisi “Dünya yuxutək əriyir...” kitabının ruhu, mədəniyyəti, adət-ənənələri, dini, dili ilə Azərbaycan xalqına yaxın olan özbək auditoriyası tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edir.

Qeyd edək ki, Leyla xanım Əliyevanın şeirləri indiyə qədər “Kaspi” qəzeti və “Kaspi” təhsil şirkətinin “Azərbaycan ədəbiyyatını tanıdaq!” devizi altında həyata keçirdiyi layihələr çərçivəsində türk və fars dillərində İstanbul və Tehranda nəşr edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR