Slimfit
  1. TEXNOLOGİYA

DARPA dronlar üçün peyklə əlaqə olmadan işləyən idarə sistemi hazırlayıb

DARPA dronlar üçün peyklə əlaqə olmadan işləyən idarə sistemi hazırlayıb
Sakura

DARPA dronlar üçün peyklə əlaqə olmadan işləyən idarə sistemi hazırlayıb

Amerika hərbçiləri GPS və radiosiqnalların ötürülməsindən istifadə etmədən pilotsuz uçan aparatlar sürüsünün idarə sistemini sınaqdan keçiriblər. Bu haqda “Space War” yazır.
 
ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, gələcəkdə hərbi əməliyyatlarda dronlardan tez-tez istifadə ediləcək: ancaq mövcud pilotsuz təyyarələr radiosiqnal və GPS sisteminin bloklanması şəraitində işləyə bilmir.
 
ABŞ Müdafiə Nazirliyinin Perspektivli Tədqiqat Layihələri İdarəsi bu problemin həllini tapıb. Agentlik tərəfindən hazırlanmış sistemdə dronlar qrupu ümumi tapşırığı yerinə yetirir, amma əməliyyatları baza ilə deyil, başqa pilotsuz təyyarələrlə koordinasiya edir. Məsələn, avtonom işləyən pilotsuz uçan aparatlar bir-birinə təhlükə haqda xəbərdarlıq edə, ərazi haqda toplanmış informasiyanı paylaşa və hücum senarisini planlaşdıra bilərlər.
 
Sözügedən sistem Arizonada yerləşən poliqonda uğurla sınaqdan keçib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR