Dar ayaqqabılarınızı necə genişləndirə bilərsiniz?
Tez bir zamanda təsirini görəcəksiniz.
Bəzən bəyəndiyimiz bir ayaqqabını ayağımıza dar olsa da alırıq, amma sonradan geyindikdə əziyyət çəkirik.
AzNews.az “Ayağımızı sıxan ayaqqabıları necə genişləndirə bilərik” sualına cavab tapıb:
Dar ayaqqabını genişləndirmək üçün ayaqqabılarınızı isidin.
Ayağınıza qalın corab geyinib ayaqabıları geyinməyə çalışın. Sonra isə fenlə qızdırmağa çalışın. Ayaq dəriniz soyuyana kimi ayaqqabını çıxarmayın. Tez bir zamanda təsirini görəcəksiniz.
Digər bir üsul isə ayaqqabılarınızı dondurmaqdır.
Belə ki, ayaqqabılarınızı su ilə dolu torbalarla doldurun (torbaların bərk bağlı olduğundan əmin olun). Həmin torbalar tamamən donana kimi soyuducuda saxlayın. Sonra soyuducudan çıxarıb, buzların əriməsini gözləyin. Beləliklə, ayaqqabınız əvvəlkinə nisbətən genişlənmiş olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət