Slimfit
  1. COĞRAFİYA

Danimarkada üz örtükləri qadağasına qarşı etiraz aksiyası keçirilib

Danimarkada üz örtükləri qadağasına qarşı etiraz aksiyası keçirilib
Sakura

Danimarkada pərəncə və niqab geyməyə qadağa qoyan qanun layihəsinə etiraz edən yüzlərlə sakin Kopenhagendə…

Danimarkada pərəncə və niqab geyməyə qadağa qoyan qanun layihəsinə etiraz edən yüzlərlə sakin Kopenhagendə etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, Danimarka paytaxtının küçələrinə çıxan pərəncə və niqab geyinmiş qadınlar əllərində üzərində “liberal ikiüzlülük” və digər şüarlar yazılmış plakatları daşıyıblar. Etirazçılar Danimarka hökumətini qadağanın qəbulu ilə qeyri-demokratik addım atmaqda ittiham ediblər.

Aksiyada iştirak edən hüquq müdafiəçiləri, öz növbəsində, bu qanunun qadın hüquqlarının pozulması kimi qiymətləndirərək, onun müsəlman miqrantların Danimarka cəmiyyətinə daha yaxşı inteqrasiyasına maneə olduğunu bildiriblər.

Xatırladaq ki, pərəncə və niqab geyməyə qadağa qoyan qanun layihəsi cari ilin mayında Danimarka parlamentində səs çoxluğu ilə qəbul edib. Layihəyə əsasən, qanunu pozanları 1000 Danimarka kronu (təxminən 134 avro), təkrar pozanları isə 10 min kron (1340 avro) məbləğində cərimə gözləyir.

Danimarka parlamenti bu qadağanın qoyulması məsələsini ilk dəfə 2009-cu ildə qaldırıb.

Qeyd edək ki, oxşar qadağalar Avstriya, Bolqarıstan və Fransa da tətbiq olunur.

 

Rauf Əliyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR