Slimfit
  1. İDMAN

Danimarka millisinin futbolçuları yığma komandanın formasını geyinməkdən imtina edib

Danimarka millisinin futbolçuları yığma komandanın formasını geyinməkdən imtina edib
Sakura

Danimarka millisinin futbolçuları yığma komandanın formasını geyinməkdən imtina edib

Danimarka millisinin futbolçuları yığma komandanın formasını geyinməkdən imtina edib.

Axar.az xəbər verir ki, buna səbəb kimi Danimarkanın Futbolçular Birliyi ilə ölkənin Futbol Federasiyası arasındakı anlaşılmazlıq göstərilib.

Oyunçuların sponsorluq və reklam haqları ilə bağlı aparılan danışıqlar uğursuz nəticələndiyi üçün futbolçular komandanın düşərgəsini tərk edib.

Federasiya yığmadan imtina edənlərin əvəzinə yeni oyunçular axtarmağa başlayıb, lakin bu da işə yaramayıb. Yığmanın baş məşqçisi Oqe Hareyde özünün seçmədiyi komandanın başında olmaq istəmədiyini qeyd edib.

Yerli federasiya həll yolu tapmaqda çətinlik çəkincə son çarə kimi futzal millisinə üz tutub. Mətbuatın yazdığına görə, Danimarka yığması Slovakiya ilə yoldaşlıq oyunu və Uelsə qarşı Millətlər Liqası matçına futzal yığmasının üzvləri ilə çıxacaq.

Danimarka Slovakiya ilə sabah, Uelslə sentyabrın 9-da qarşılaşacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR