Slimfit
  1. İDMAN

Daniel Ruqani: 'Bu virus heç bir fərq qoymur'

Daniel Ruqani: 'Bu virus heç bir fərq qoymur'
Sakura

Daniel Ruqani: 'Bu virus heç bir fərq qoymur'

"Yəqin ki, xəbərləri oxumusunuz. Buna görə mənimlə maraqlanan hər kəsi əmin edirəm ki, yaxşıyam"

"Report"un məlumatına görə, bu fikirləri İtaliyanın "Yuventus" klubunun koronavirusa yoluxan futbolçusu Daniel Ruqani şəxsi "Instagram" səhifəsində yazıb.

25 yaşlı müdafiəçi xəstəxanalardakı bütün həkimlərə və tibb bacılarına təşəkkürünü bildirib: "Hamını qaydalara hörmətlə yanaşmağa çağırıram. Çünki bu virus heç bir fərq qoymur. Bunu özümüz, yaxınlarımız və ətrafımız üçün edək".

Qeyd edək ki, Daniel Ruqani 2013-cü ildən "Yuventus"da çıxış edir. O, Turin təmsilçisi ilə 4 dəfə A Seriyasının, 3 dəfə ölkə kubokunun, iki dəfə isə İtaliya Super Kubokunun qalibi olub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR