Slimfit
  1. AZƏRBAYCAN

Dan Stav: Zaqatalanın çox böyük iqtisadi potensialı və geniş turizm imkanları var

Dan Stav: Zaqatalanın çox böyük iqtisadi potensialı və geniş turizm imkanları var
Sakura

Dan Stav: Zaqatalanın çox böyük iqtisadi potensialı və geniş turizm imkanları var

Zaqatalanın çox böyük iqtisadi potensialı və geniş turizm imkanları var. Ümid edirəm ki, bu gözəl şəhərə gələn israilli turistlərin sayı ildən-ilə artacaq. Səfirlik olaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində iyulun 25-də Zaqatalada rayon rəhbərliyi ilə görüşü zamanı səsləndirib.

İsrailli diplomat əvvəlcə Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olub. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qonağa Zaqatala rayonunun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, 128 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır. Rayonun iqtisadiyyatında tütünçülük, baramaçılıq, meyvəçilik, o cümlədən fındıqçılıq və gülçülük mühüm yer tutur.

Zaqatalaya səfəri çərçivəsində səfir Dan Stav, həmçinin Göyəm kəndində tütün sahəsinə baxıb, Yuxarı Tala kəndində Mövləddin Qurbanəliyevin arıçılıq təsərrüfatında olub, tütün emalı zavodu və gül yağı istehsalı müəssisəsində istehsal prosesi ilə maraqlanıb.

İsrailli diplomat iyulun 26-da Qax rayonunda istehsal sahələri ilə tanış olacaq, turizm obyektlərinə baş çəkəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR