Slimfit
  1. TEXNOLOGİYA

Dam örütüyündən enerji alınacaq

Dam örütüyündən enerji alınacaq
Sakura

Gecələr enerji istehsal edəcək dam örtüyü konsepsiyası təklif olunub

 Stanford Universitetinin alimləri batareyaya və ya xarici enerji mənbəyinə ehtiyac duymadan nəzəri olaraq  1 kvadrat metrə 2,2 vatt gücündə enerji yarada bilən  dam örtüyü konsepsiyasını hazırlayıblar.

Ens.az bildirir ki, bu yöndə aparılmış tədqiqat "Optics Express"  jurnalında dərc olunub və ScienceAlert tərəfindən  haqqında qısaca  məlumat verilib.

 Gecələr günəş batareyaları üçün daxil olan istilik yoxdur, ancaq çıxan istilik var və  "radiasiya soyutma"  kimi tanınan  bu  fenomendən  də enerji əldə etmək üçün istifadə edilə bilər.

 Cihazın konsepsiyası, istilik enerjisi generatoru ilə radiasiya soyutmasını birləşdirən və optimallaşdıran mövcud texnologiyaya əsaslanır.  Real parametrlərə əsaslanan kompyuter simulyasiyalarından istifadə edərək müəlliflər öz modellərini sınamışlar. Onlar, istilik itkisi və termoelektrik dəyişiklik arasında ən yaxşı tarazlıq yaradan hüceyrələrin ölçüsünü hesabladıqlarını iddia edirlər.

 Belə bir enerji mənbəyi uzaq bölgələrdə işıqlandırmanı təmin etmək üçün faydalı ola bilər.  Bu cür enerjinin maya dəyərinin aşağı olması da xüsusilə vacibdir.  Bundan başqa, istehsalçıların fikrincə, texnologiya,  avtonom tənzimləyiciləri qidalandıra  bilər və ondan  avtomobillərin işlənmiş qazlarının istiliyini  yararlı enerjiyə çevirmək üçün istifadə oluna bilər.

 Amerikalı alimlərin təklif etdiyi konstruksiya, enerji mənbəyi kimi,  radiasiya soyumasından istifadə etməyə çalışdıqları  əvvəlki cihazlara nisbətən 120 qat daha çox enerji istehsal edə bilər. Bu,  praktik olaraq "mükəmməl" mühərrik üçün nəzəri termodinamik hüdud olan Karnonun istilik mühərrikinin məhsuldarlığına  bərabərdir.  "Bu nəticə əvvəlki hesabat nəticələrindən xeyli yüksəkdir və gecə enerji yığımının mümkünlüyünü göstərir" deyə müəlliflər yazırlar.

Mənbə: naukatv.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR