Slimfit
  1. TEXNOLOGİYA

Daltoniklər üçün eynək – Artıq siz də rəngləri seçə biləcəksiniz

Daltoniklər üçün eynək – Artıq siz də rəngləri seçə biləcəksiniz
Sakura

Daltoniklər üçün eynək – Artıq siz də rəngləri seçə biləcəksiniz

Bütün insanlar parlaq dünyamızın rənglərini aydın görə bilmirlər. Bəziləri daltonizm kimi bir genetik xəstəlikdən əziyyət çəkirlər. Datloniklər üçün müəyyən spektrlərin tonlarını ayırmaq mümkün deyil.

Optika indiki zamana qədər uzun bir inkişaf yolunu keçib və hələ də inkişaf davam edir.

21-ci əsrdə linzalar adi bir aksesuara çevrilib. Xüsusi qatlardan ibarət olan linza, yəqin ki, heçbirinizi təəcübləndirməz. Daltonizm xəstəliyinə qarşı yaradılan eynəklər məhz qatlardan ibarət olan linzanın prinsipi ilə qurulub. Hər bir qat özünəməxsus xüsusiyyətə sahibdir. Bəli, belə eynək həqiqətən mövcuddur. Görünüş cəhətdən günəş eynəyi ilə eynidır, lakin funksiyası daltonizm xəstəliyinin müxtəlif formalarından əziyyət çəkən insanlar üçün həyatlarını dəyişəcək qədər mühüm rol oynayır. Bu eynək həmin insanlara rənglərin müxtəlifliyini görməyə imkan verir.

Genetika üzrə mütəxəssislər uzun müddətdir ki, daltonizm genlərini bərpa etməyə və dəyişdirməyə çalışırlar. Onların indiyə qədər apardıqları bütün araşdırmalar yalnız heyvanlar üzərində olub.

Qeyd edək ki, daltonizm xəstəliyi kişilərdə və qadınlarda özünəməxsus şəkildə olur. Bu xəstəlik qadınlarda nadir hallarda rast gəlinir.

Növbəti təcrübələr zamanı alimlər insan gözünün riyazi modelini və xüsusi filtr kompüter proqramını hazırlayıblar. Bu texnologiya tez bir zamanda fizik Makferson və proqramçı Endi Şmeder tərəfindən patentləşdirilib. Onlar, tez bir zamanda “EnChroma” şirkətini qurdular. Bu şirkətin eynəkləri xüsusi cihazlarda çoxsaylı sınaqlardan keçirilib. Həmin optiki cihazlar kirlənmir və davamlılığa malikdir.

Onlar necə işləyirlər - fəaliyyət prinsipi

Daha əvvəl deyildiyi kimi, daltoniklər üçün olan bu eynək çoxqatlı örtüklü şüşədən hazırlanmış xüsusi linzalardan ibarətdir.

Bu rəng spektrın müəyyən elementlərinin gözlərə nüfuz etməsinə maneə törədən xüsusi bir filtrdi. Yalnız əsas rəngləri keçirir, kontrastı artırır. Qəbul edilməyən rəng çalarları filtr tərəfindən bloklanır. İndi həm kompüter, həm də daltoniklər üçün parıltıya qarşı bir neçə növ eynəkdən birini ala bilərsiniz. Rəng tonlarının alt növlərini tanımağa imkan verən xüsusi testlərdən istifadə edərək linzaları seçərkən daltonizm növünü aydınlatmaq üçün xüsusi bir test keçirilir. Daltonizm növünü aydınlaşdıran Rabkin, Stillinq, Şaaf, Işıhara cədvəllərinə internetdə də rast gəlmək olar.

 

Daltoniklər üçün eynək istehsalçıları:

Daltonizm xəstəliyindən əziyyət çəkən insanlar üçün əsas və ən populyar eynək istehsalçısı Amerikalı “EnChroma” şirkətidir. “EnChoma” bu optik məhsulların iki növünü istehsal edir.

- “EnChroma Cx-D”, protanomaliya daltonizm növündən əziyyət çəkənlər üçün;

- “EnChroma Cx-PT”, deuteranomaliya daltonizm növündən əziyyət çəkənlər üçün.

Şirkət müştərilərə üç çərçivə növü təklif edir:

- Explorer;

- Gamma;

- Receptor.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR