Slimfit
  1. AZƏRBAYCAN

Daha iki seçki məntəqəsinin nəticələri ləğv olunub

Daha iki seçki məntəqəsinin nəticələri ləğv olunub
Sakura

Daha iki seçki məntəqəsinin nəticələri ləğv olunub

Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

 

İclasda bildirilib ki, səsvermə günü sözügedən məntəqələrdə lentə alındığı iddia olunaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb. Belə ki, 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib. MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini qismən tapıb.

 

Eyni zamanda 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.

 

Qeyd edək ki, bundan əvvəl MSK-ya 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi və Ağdaş DSK-nın 8 və 10 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət daxil olub.

MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR