Dərc edildi: Baxış sayı: 519
Daha bir yaşayış massivinə təbii qaz verildi
Hövsan südçülük sovxozunun ərazisində "Lələtəpə" adlandırılan məhəllədəki yeni massivə təbii qazın verilişi təmin olunub. 281 fərdi yaşayış evindən ibarət həmin ərazinin qazlaşdırılması üçün uzunluğu 11 652 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.
Qeyd edək ki, 2019-cu ildə qəbul olunmuş dövlət proqramı əsasında Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması işləri icra olunur. Həmin proqramda qazlaşdırılması nəzərdə tutulan 22 yeni yaşayış massivindən artıq 18-də qaz açılışları baş tutub, digərlərinə isə mavi yanacağın verilişi yaxın aylarda təmin olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət