Slimfit
  1. AZƏRBAYCAN

Daha bir xalq artisti millət vəkili olur?

Daha bir xalq artisti millət vəkili olur?
Sakura

Daha bir xalq artisti millət vəkili olur?

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarına əsasən, xanəndə, Xalq artisti Mənsum İbrahimov YAP-ın 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədi olub. Növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyanın namizədləri arasında Xalq artistinin də adı çəkilib.

Lakin bu barədə Publika.az-açıqlama verən sənətçi bildirib ki, məlumat dəqiq deyil:

“Hazırda Türkiyədəyəm, yayılan xəbərlərdən heç bir məlumatım yoxdur. Parlament seçkilərində iştirak etmək üçün namizədliyimi irəli sürməmişəm. Heç nədən xəbərim yoxdur. Düzü, millət vəkili olmaq iddiam olmayıb”.

Qeyd edək ki, buna qədər həmin dairədən jurnalist, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov millət vəkili idi. Növbədənkənar parlament seçkiləri gələn ilin fevralın 9-da keçiriləcək.

Aytən Məftun

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR