Dərc edildi: Baxış sayı: 1091
Daha bir universitetdə tələbələr koronavirusa yoluxdu
Daha bir universitetdə iki qrup üzrə dərslər onlayn formata keçirilib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin SABAH qruplarında olan iki qrupda tələbələr arasında koronavirus aşkarlanıb. Həmin qruplar distant təhsilə keçib.
Məsələ barədə Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq.
BDU-nun mətbuat katibi Günel Orucəliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq məlumatı təsdiq edib.
“Bu səbəbdən həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetində də üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb. Həmin tələbələrin təhsil aldığı qrupların dərsləri distant formada davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət