Slimfit
  1. AZƏRBAYCAN

Daha bir Ukrayna telekanalı Xocalı soyqırımını işıqlandırdı

Daha bir Ukrayna telekanalı Xocalı soyqırımını işıqlandırdı
Sakura

Daha bir Ukrayna telekanalı Xocalı soyqırımını işıqlandırdı

Ukraynanın “İnter” telekanalı Xocalı faciəsinə həsr olunmuş süjet yayımlayıb.

Xəbərlər proqramının sujetində anım gününə hazırlıqların bir neçə həftə əvvəl başlanıldığı qeyd olunub.

“Xocalı faciəsi indiyə kimi dərmanı tapılmayan milli xəstəlikdir. Həmin vaxtdan 27 il keçsə də, Xocalı soyqırımında həlak olmuş insanlar hələ də yaddaşlardadır. Bu günlərdə Bakı küçələrində çoxsaylı lövhələrə rast gəlmək olur. Tələbələr faciə qurbanlarına qoyulmuş abidəyə güllər qoyur, məktəblərdə xatirə dərsləri keçirilib.

Azərbaycan paytaxtında bir qayda olaraq hər il fevralın 26-da ümumxalq yürüşü keçirilir. Bu il də on minlərlə azərbaycanlı əllərində soyqırım qurbanlarının şəkilləri və adları ilə mərkəzi küçələrlə yürüş edib.

Azərbaycan prezidenti İlham Əliyev də faciə qurbanlarının xatirəsini anıb”, - deyə süjetdə qeyd olunur.

Dövlət başçısı qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad edib,  sağ qalmış Xocalı sakinləri ilə danışıb.

“Baxın, demək olar ki, bütün ailəm buradadır: atam, qardaşım”, - deyə Gözəl adlı yürüş iştirakçısı bildirib.

Həmin dəhşətli günlərdə o ailəsinin altı üzvünü, o cümlədən, valideynlərini və qardaşlarını itirib. Rəsmi olaraq onlar itkin düşmüş sayılır.

“Mən hələ də yaxınlarımın aqibəti barədə məlumatsızam. Onlar yoxa çıxıblar. Xoşbəxtlikdən bir gün əvvəl uşaqları helikopterlə şəhərdən çıxardıq, mən isə Xocalıdan meşə ilə qaçdım. Çayı keçməyə məcbur olmuşdum”.

Adilə də sağ qalan Xocalı sakinlərindəndir. Qondarma Dağlıq Qarabağ birləşmələrinin həyata keçirdiyi əməliyyatı qorxu ilə xatırlayır. Onun sözlərinə görə, ermənilər ən çox dinc sakinlərə divan tutub:

“Dinc əhalini kütləvi şəkildə qırırdılar, bu dəhşətli bir mənzərə idi: qadınları və uşaqları öldürürdülər. Mənim əmim və qardaşlarım həlak oldu. İndiyə kimi onları dəfn edə bilməmişəm”.

Xocalı faciəsində ümumilikdə 613 nəfər həlak olub. 90-cı illərin əvvəllərində baş vermiş hadisəni 17 dövlət soyqırımı kimi tanıyıb.

Dağlıq Qarabağda münaqişə bu günə kimi davam edir. Rəsmi olaraq 25 ildən çox “dondurulmuş” vəziyyətdə olduğu hesab olunsa da, demək olar ki, hər həftə hər iki tərəfdə itkilər qeydə alınır.

 
Mənbə: Oxu.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR