Dərc edildi: Baxış sayı: 506
Daha bir rusiyalı deputat koronavirusa yoluxdu
Rusiya Dövlət Dumasının deputatı Oksana Puşkinaya koronavirus diaqnozu qoyulub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, hakim “Vahid Rusiya” Partiyasının üzvüdür.
Məlumata görə, onun vəziyyəti stabildir, hərarəti yoxdur.
Xatırladaq ki, daha öncə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Federal Məclisin aşağı palatasının nümayəndələri arasında ümumilikdə beş virusa yoluxma halının qeydə alındığını açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət