Slimfit
  1. CƏMİYYƏT

Daha bir park biabırçılığı: təhlükə su ilə bədənimizə keçir, 20-30 il yaşayır

Daha bir park biabırçılığı: təhlükə su ilə bədənimizə keçir, 20-30 il yaşayır
Sakura

Daha bir park biabırçılığı: təhlükə su ilə bədənimizə keçir, 20-30 il yaşayır

Bakı və ümumiyyətlə, ölkədəki parklarda mütəmadi olaraq müşahidə olunan natəmizlik yay aylarında daha geniş vüsət alır. Belə ki, tez-tez insanların istirahət etdiyi məkanların vətəndaşlar tərəfindən çirkləndirilməsi halları ilə rastlaşırıq. 

Oxu.Az-ın redaksiyasına Xırdalan parkındakı acınacaqlı vəziyyəti əks etdirən fotolar göndərilib.

Görüntülərdə parka istirahət üçün gələnlərin tum qabığını, su qabını yerə atdığı əsk olunub.

Məsələ barədə ekoloq Vaqif Əliyevlə əlaqə saxladıq. 

Ekoloq parkları zibilləyənlərin cəzalandırılmalı olduğunu hesab edir:

“Bu cür natəmizliyi görəndə, sadəcə, təəssüflənirəm. Məişət tullantısını parklara atmaq düzgün deyil. Digər insanların istirahətinə mane olur. Parkları zibilləyənlər cəzalandırılmalıdır. Hələlik belə bir mexanizm yoxdur.

Məişət tullantılarının içində plastik qablar olur ki, heç nə ilə parçalanmır, yalnız utilizasiyası mümkündür. Bəzən onlar yandırılır və deaktin mənbəyinə çevrilir. Bu maddə su ilə qidamıza keçir, bədənimizdə 20-30 il yaşayır və insan sağlamlığı üçün təhlükə yaradır”.

Ekoloq qeyd edir ki, parklarda olan natəmizlik uşaqların sağlamlığı üçün təhlükəlidir:

“İnsanlar təmizliyə riayət etsələr, parklarda bu cür natəmiz vəziyyət yaranmaz. Bu kimi halların qarşısını almaq üçün qanunların icrası sərtləşdirilməlidir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR