Slimfit
  1. DÜNYA

Daha bir ölkədə plastik paket qadağan edildi

Daha bir ölkədə plastik paket qadağan edildi
Sakura

Daha bir ölkədə plastik paket qadağan edildi

Cənubi Koreyada supermarketlərdə plastik paket istifadəsinə qadağa qoyulub.

Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, sabahdan etibarən qüvvəyə minəcək qadağaya riayət etməyənlərə 2700 dollar pul cəzası veriləcək.

Bu qərarın ölkənin Ekologiya Nazirliyi tərəfindən təbiəti qorumaq məqsədilə verildiyi açıqlanıb.

Qadağa ölkədəki 2 min böyük supermarket və 11 min marketdə qüvvədə olacaq.

Plastik paketlərin əvəzinə yenidən istifadə edilə bilən parça paketlər və ya kağız torbalar istifadə ediləcək.

Məlumat üçün bildirək ki, Avstraliya, Britaniya Krallığı, Fransa, Çin, Yeni Zelandiya və Hollandiyada da plastik paketlərin istifadəsi qadağandır. Keniyada isə qanunu pozanlara 39 min dollar pul cəzası ilə yanaşı 4 ilə qədər həbs nəzərdə tutulub.

Qeyd edək ki, hər il 5-13 milyon ton arası plastik məhsullar dənizlərə atılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR