Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı
Pakistanda koronavirusa yoluxan şəxs ölüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pəncab əyalətinin mərkəzi şəhəri Lahorda qeydə alınıb.
Bu, ölkədə koronavirusdan qeydə alınan ilk ölümdür.
Qeyd edək ki, Pakistanda virus indiyədək 184 nəfərdə qeydə alınıb. Onlardan 2 nəfər sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 183 000-ə çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 174 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət