Daha bir ölkədə koronavirus qeydə alındı
Asiya ölkəsi olan Myanmada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, virus 36 və 26 yaşlı iki kişidə aşkarlanb. Onların hər ikisi xaricdən səfərdən qayıdıb.
Bildirilir ki, ilk yoluxma faktı xəbərindən dərhal sonra ölkədəki supermarketlərdə uzun sıralar formalaşmağa başlayıb.
Qeyd edək ki, Myanma rəhbərliyi bütün quru sərhədləri bağlayıb və ölkədəki bütün kütləvi yığıncaqları yasaqlayıb.
Həkimlərin fikrincə, Myanmada koronavirusun yoxluğu virus testinin azlığı ilə əlaqədardır. Qeyd edilir ki, 51 milyon əhalisi olan ölkədə indiyədək yalnız 300 nəfər koronavirus testindən keçib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 196 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 382 127-yə çatıb. Bunların 102 501 nəfəri sağalıb, 16 568 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət