Slimfit
  1. DÜNYA

Daha bir ölkədə birinci xanım koronavirusa yoluxdu

Daha bir ölkədə birinci xanım koronavirusa yoluxdu
Sakura

Daha bir ölkədə birinci xanım koronavirusa yoluxdu

Koronavirus pandemiyası dünyanın bir çox ölkələrində hakim elita nümayəndələri arasında da yayılmaqdadır.

Virtualaz.org xəbər verir ki, daha bir ölkədə birinci xanım bu virusa yoluxub. İspaniya hökumətinin mətbuat xidmətinin bildirdiyinə görə, ölkənin baş naziri Pedro Sançesin  xanımı Beqonya Qomesin Covid-19 analizləri müsbət nəticələnib. 

Birinci xanımın hansı şəraitdə yoluxduğu məlum deyil. Bildirilir ki, baş nazir və yaxınları da virus testindən keçiblər. Hazırda Beqonya Qomes və əri özlərini yaxşı hiss edirlər, Monkloa sarayındadırlar.

 

İspaniya hökuməti koronavirusun yayılması səbəbindən ölkədə iki həftəlik fövqəladə vəziyyət elan edib. Ölkə üzrə hərəkət məhdudlaşdırılıb, insanların ancaq işə, zəruri hallarda supermarketlərə və apteklərə getməsinə icazə verilir.  İspaniyada 5 mindən çox insan koronavirusa yoluxub, 133 nəfər  virusdan ölüb.

Xatırladaq ki, bundan əvvəl Kanada baş naziri Castin Tryudonun xanımı koronavirusa yoluxmuşdu. Onun virusa əri ilə birlikdə Londonda səfərdə olarkən yaxalandığı bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR