Slimfit
  1. GÜNDƏM

Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASİON FAKT

Daha bir ölkə Ermənistana silah veribmiş  -  SENSASİON FAKT
Sakura

Daha bir ölkənin Ermənistana silah ötürməsi üzə çıxıb.

Ens.az Oxu24.com-a istinadən xəbər  verir  ki, İordaniya  Krallığı  Ermənistanı silahlandırıb. Bu barədə  haqqın.az saytı hərbi  mənbələrə  istinadən  məlumat yayıb.

Sayt bildirib ki, İordaniya ilə  Ermənistan  arasında  hərbi əməkdaşlığın əsası 2019-cu ildə qoyulub. Həmin vaxt Ermənistan prezidenti Əmana rəsmi səfər  etmişdi.  Kral II Abdullahın 2020-ci ilin fevral ayında İrəvana səfəri  Ermənistanla hərbi-texniki əməkdaşlığı xeyli sürətləndirdi. 

Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş bir sahəni əhatə edir, o cümlədən İrəvana silah və döyüş sursatı, xüsusilə də İordaniyada istehsal olunan RPG-32 əl qumbarası  satılır.

Rusiyadan sonra İordaniya 2013-cü ildən bəri Ammanda rəsmi adı - "Nashshab" almış bu tip qumbaraatan istehsal edən ikinci ölkədir. Hazırda İordaniya bu qumbaraatanları xarici bazara, xüsusən də Ermənistana satır.

Hərbi mənbələrin verdiyi məlumata görə, əməkdaşlığa İordaniya tərəfdən Baş Qərargah rəisi general-mayor Yusif Huneiti nəzarət edir.

 

Tərcümə: Oxu24.com saytı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR