Daha bir ölkə beynəlxalq uçuşları bərpa edir
Vyetnam yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dayandırılmış beynəlxalq uçuşları mərhələli şəkildə bərpa etməyə qərar verib.
Modern.az yerli KİV-lərə istinadla xəbər verir ki, hökumətin qərarına əsasən, ilkin olaraq son 30 gündə virusa yoluxma halı qeydə alınmayan və yaxud çox az sayda yoluxma faktı aşkarlanan ölkələrlə beynəlxalq uçuşlar bərpa olunacaq. Bu ölkələr arasında Çin, Yaponiya, Cənubi Koreya, Laos, Kamboca və s. var.
Vyetnamda pandemiya ilə bağlı vəziyyət ürəkaçandır. Belə ki, 95 milyon əhalisi olan ölkədə COVID-19 infeksiyasına cəmi 332 yoluxma qeydə alınıb. Son 50 gündən çoxdur yeni növ koronavirusa yoluxma baş verməyib.
Qeyd edək ki, Vyetnam pandemiya ilə əlaqədar martın 22-də öz sərhədlərini əcnəbilər üçün bağlayıb, martın 25-də isə bütün beynəlxalq sərnişin təyyarəsi uçuşlarını dayandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət