Dərc edildi: Baxış sayı: 433
Hollandiya millisi və “Real”ın sabiq üzvü Rafael Van der Vaart karyerasını başa vurub.
Qol.az-ın “De Telegraaf” nəşrinə istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi 35 yaşında futbolla vidalaşdığını açıqlayıb.
Ötən yay Danimarkanın “Esbyerq” klubu ilə müqavilə bağlayan Van der Vaart zədə səbəbindən bu komandada cəmi 4 oyun keçirib. O, karyerasını bitirməsini də məhz zədə ilə əlaqələndirib:
“Elə indi dayanmalıyam, çünki bura bərpa olunmağa yox, futbol oynamağa gəlmişdim. Oynamaq şansı qazandığım illərə görə təşəkkürümü bildirirəm. Birlikdə oynadığım futbolçulardan, işlədiyim məşqçilərdən, bütün fanatlardan isti münasibət hiss edirəm. Mənim üçün unudulmaz anlar idi”.
Qeyd edək ki, Van der Vaart müxtəlif illərdə “Ayaks”, “Hamburq”, “Real” və “Tottenhem” kimi klublarda forma geyinib. O, Hollandiya millisində 109 oyuna 25 dəfə qol sevinci yaşayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət