Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Daha bir "kabus": Dadbilmə və iybilmə itibsə... - HƏKİM MƏSLƏHƏTİ

Daha bir "kabus": Dadbilmə və iybilmə itibsə... - HƏKİM MƏSLƏHƏTİ
Sakura

Daha bir "kabus": Dadbilmə və iybilmə itibsə... - HƏKİM MƏSLƏHƏTİ

Bir çoxları dadbilmə və iybilmə hissinin itməsini məhz koronavirusun ilkin əlaməti bildiyi üçün belə hallarda dərhal panikaya düşürlər. Lakin narahatçılığa ehtiyac yoxdur, çünki dadbilmə və iybilmənin itməsi təkcə koronavirus əlaməti deyil.

Ens.az BiG.AZ-a istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb.

Onun sözlərinə əsasən, bildiyimiz qrip və bir sıra kəskin respirator virus infeksiyaları zamanı da bu əlamətlər ola bilir. Koronavirus daxil, digər virus səbəbli olan bu problem xəstəlik bitdikdən sonra tam yerinə qayıdacaq.

Dr. Eldaroğlu bu zaman faydalı olacaq reseptini də təqdim edib:

"1 xörək qaşığı soda, 1 xörək qaşığı xörək duzu, 10 damcı perekis və 1 stakan ilıq suyu qarışdırın. Qarqara edin və burnunuzu yuyun. Nisbətən geri qayıdacaq və rahat yeməyinizi yeyəcəksiniz".

Bəs görəsən, başqa hansı xəstəliklərdə iybilmə və dadbilmə itir?

Həkim bu məsələyə də aydınlıq gətirib. Həmin xəstəliklər bunlardır:

Yaşlanma

Soyuqdəymə

Haymoritlər (qaymarit)

Tüpürcək vəzi xəstəliyi

Nazal polipler

Beyin travması

Demensiya və ya Alsheymer xəstəliyi

Şizofreniya

Parkinson

Diş çürüməsi

Quru ağız

Vitamin əksikliyi

Kimyəvi maddələrə məruz qalma

Kimyəvi dərmanlar

Narkotik maddə istifadəsi

Baş və ya boyun bölgəsində radiasion müalicəsi

Siqaret çəkmək

Üz iflici

Dağınıq skleroz

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR