Dərc edildi: Baxış sayı: 470
Daha bir əfsanə vidalaşır
Hazırda ABŞ-ın "DS Yunayted" klubunda futbol həyatını davam etdirən Ueyn Runi milli karyerasını başa vurmaq üçün vida matçına çıxacaq.
Axar.az xəbər verir ki, İngiltərə futbolunun əfsanələrindən birinə çevrilən forvard noyabrın 15-də ABŞ-la keçiriləcək yoldaşlıq görüşündə son dəfə milli komandanın forması ilə çıxış edəcək.
Matç “Uembli” stadionunda keçiriləcək və toplanan vəsait Runi Fonduna yatırılacaq.
Qeyd edək ki, Ueyn Runi milli komandada çıxış etdiyi 14 il ərzində 53 qola imza atıb. Bu, milli komanda üçün rekord göstərici hesab olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət