Slimfit
  1. AZƏRBAYCAN

Daha bir deputat əmək haqlarının artırılmasını tələb edir

Daha bir deputat əmək haqlarının artırılmasını tələb edir
Sakura

Milli Məclisdə sosioloji sorğu mərkəzinin yaradılması təklif edilib

"Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq, parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin xərclər smetası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: "Onların hazırlanması üçün rus dilli, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad halda gəlir. Bu baxımdan, xarici dilləri bilən mütəxəssislər yığışıb, buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər". 

Milli Məclisdə sosioloji sorğu mərkəzinin yaradılmasını təklif edən S.Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini dilə gətirib: "Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini bilmirik. Heç olmasa, ayda 1 dəfə mərkəz tərəfindən sorğu keçirilməli, mütəxəssislər tərəfindən sorğular vasitəsilə ictimaiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün konqreslərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir"

Deputat çıxışı zamanı Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsaitin artırılmasını da təklif edib: “Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqları artırımalıdır. Çünki, onlar gecə-gündüz işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərini sənədləri, yerləşdirilməsi məsələsi ilə məşğul olurlar. Bu baxımdan, bu sahəyə ayrılan vəsait artırılmalıdır. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər" .

Qeyd edək ki, bundan öncə deputat Qüdrət Həsənquliyev də millət vəkillərinin əmək haqlarının artırılması ilə bağlı təklif irəli sürmüşdü.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR