Slimfit
  1. AZƏRBAYCAN

Daha 981 müəllim müddətsiz əsaslarla işə qəbul olunub

Daha 981 müəllim müddətsiz əsaslarla işə qəbul olunub
Sakura

Daha 981 müəllim müddətsiz əsaslarla işə qəbul olunub

Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibə nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, 981 namizəd müddətsiz əsaslarla işləmək hüququ qazanıb.

Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat hər bir namizədin şəxsi səhifəsinə göndərilib.

Qeyd olunan göstəricilər ötən ilin anoloji nəticələrindən iki dəfə çoxdur. Müsabiqədə uğur qazanmış namizədlərlə 2019-2020-ci il tədris ilinin başlanğıcında müddətsiz əmək müqaviləsi bağlanılacaq.

Namizədlər mayın 17-nə qədər aidiyyəti yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidir.

Apelyasiya ilə bağlı müraciətlər 5 may saat 23:59-a qədər irm@tipii.edu.az e-poçt ünvanına göndərilə bilər.

Qeyd edək ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR