Daha 5 ABADçı ailəsinin qida məshulları satışa çıxarıldı
“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid qida məhsulları satışa çıxarılıb.
Belə ki, artıq yeni və yüksək keyfiyyətli qida məhsulları “Bravo” hipermarketləri və orada fəaliyyət göstərən “ABAD” Bakaleyalarında öz alıcılarını gözləyir:
- Ağasiyevlər ailəsinin “Lyubitelskaya” və “Doktorskaya” kolbasaları;
- Niftəliyevlər ailəsinin “Baharat” pendiri;
- Məmmədlilər ailəsinin badımcan kürüsü;
- Səbzəliyevlər ailəsinin qara zirə yağı;
- Cəfərovlar ailəsinin alma qurusu.
Yeni ət və süd məhsulları, yəni Ağasiyevlər ailəsinin “Lyubitelskaya” və “Doktorskaya” kolbasaları, Niftəliyevlər ailəsinin “Baharat” pendiri və Cəfərovlar ailəsinin alma qurusu məshulları Quba “ABAD” Factory istehsalat kompleksində istehsal edilir. Badımcan kürüsü isə Məmmədlilər ailəsi tərəfindən Masallı rayonunda hazırlanır.
Xatırladaq ki, “ABAD” nişanı altında satışa çıxarılan qida məhsulları texniki qaydaların tələblərinə uyğun olaraq bütün sertifikatlaşdırma yoxlamalarından keçib. Bu məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir.
“ABAD” publik hüquqi şəxsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir.
“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Hazırda qida məhsulları sahəsində satışda 28 brend təqdim olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət