Dərc edildi: Baxış sayı: 827
Daha 3 Qarabağ qazisi “ASAN xidmət”də işlə təmin olundu
Daha 3 Qarabağ qazisi dövlət agentliyində işlə təmin olunub. Onların hər biri uğurlu əməliyyatlarda böyük şücaət göstəriblər.
Azvision.az -ın məlumatına görə, Qarabağ qazisi Nəbi Şükürov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.
Şükürov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”ndə işə başlayıb.
Digər Qarabağ qazisi Eşqin Hüseynov 13 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmətdə olub. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis edilib.
Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində işlə təmin olunub.
"ASAN xidmət"də işə yenicə işə başlayan qazilərimizdən biri də Aqil Əhmədovdur. O, 1997-ci ildə kəşfiyyat tapşırığını yerinə yetirərkən ağır yaralanıb və əsir düşüb. O, 2 ildən sonra düşmən əsirliyindən xilas edilib. Əhmədova 5 saylı Bakı “ASAN xidmət” mərkəzində iş verilib.
Qeyd edək ki, bundan əvvəl 6 Qarabağ qazisi - İlqar Babayev, Əliağa Zeynalov, Elvin Hüseynov, Rəşad Həşimov, Elşad Haşımov və Natiq Mehdiyev "ASAN xidmət"də işə təmin olunublar.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət