Slimfit
  1. CƏMİYYƏT

Daha 25 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verildi

Daha 25 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verildi
Sakura

Daha 25 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bölgələrində inşa etdirilən daha 25 fərdi yaşayış evi şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, müvafiq tapşırıqları əsasında vətəndaş rifahının təminatı istiqamətində mühüm sosial proqramlar ildən-ilə gücləndirilir. Həmin proqramlardan biri kimi, şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş vüsət alıb.

Bunun təzahürü olaraq, cari ildə ölkəmizdə 4,2 milyon vətəndaşa ciddi şəkildə dövlət dəstəyinin göstərilməsini təmin edən sosial islahat paketləri çərçivəsində sosial ödənişlərdə əhəmiyyətli şəkildə artımlar edilməklə, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdləri, əlilliyi olan şəxslərə yönələn müavinətlər orta hesabla 100 faiz artırılıb. Eyni zamanda, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, cari ildə həmin kateqoriyadan olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 511 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlər də cari ilin sonuna qədər veriləcək. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7165 mənzil və fərdi ev təqdim edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR