Daha 130 azərbaycanlı Rusiyadan təxliyə olundu
Rusiyadan təxliyə edilən 130 Azərbaycan vətəndaşı iki ölkənin sərhədini keçib.
Ens.az “Report”-a istinadən xəbər verir ki, həmin şəxslər qaydalara uyğun olaraq karantinə yerləşdiriliblər.
*** 12:17
Bu gün daha 130 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunacaq.
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.
O bildirib ki, hazırda Rusiya-Azərbaycan sərhədində olan soydaşlarımız avtobuslar vasitəsilə buraxılış məntəqəsinə aparılıb: "Gün ərzində sərhədi keçənlərin sayında artım ola bilər. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”.
Qeyd edək ki, sonuncu dəfə Rusiyadan 120 Azərbaycan vətəndaşı təxliyə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət