Slimfit
  1. AZƏRBAYCAN

"Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın rəsmi “Twitter” hesabı ermənilərin şikayəti əsasında bağlanıb

"Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın rəsmi “Twitter” hesabı ermənilərin şikayəti əsasında bağlanıb
Sakura

"Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın rəsmi “Twitter” hesabı ermənilərin şikayəti əsasında bağlanıb

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi “Twitter” hesabı bağlanıb.

İcmadan ONA-ya verilən məlumata görə, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi “Twitter” hesabı ermənilərin çoxsaylı şikayəti nəticəsində “Twitter” administrasiyası tərəfindən bloklanıb: “Bununla bağlı tərəfimizdən “Twitter”-ə rəsmi müraciət edilsə də, bu haqda icmaya hər hansı izahat verilməyib. Dünyanın tanınmış sosial şəbəkəsi tərəfindən icmanın rəsmi “Twitter” hesabının bloklanması ermənilərin Dağlıq Qarabağ azərbaycanlılarının haqq səsinə olan dözümsüzlüyünü göstərməklə yanaşı, “Twitter”-in azad sözə və paylaşıma olan “münasibətinin” təzahürüdür.

“Twitter” əgər ermənilərin şikayətini qəbul edərək, 1 milyondan çox soydaşımızın pozulmuş təbii hüquq və azadlıqlarını, o cümlədən öz torpaqlarına geri dönmək və mülkiyyət hüquqlarını həyata keçirə bilməməsini görməməzlikdən gəlirsə, müasir dünyada ikili standartların özünü bu şəkildə açıq büruzə verməsi yalnız təəssüf hissi doğurur.

Yaxşı olardı ki, “Twitter” administrasiyası icmamızın rəsmi səhifəsini bağlamaq əvəzinə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşayışın yenidən bərpa edilməsinə çağırışlar edərdi.

Sosial şəbəkə istifadəçiləri olan soydaşlarımıza müraciət edərək fəal şəkildə icmanın @AzeCommunityNK hesabını dəstəkləməyə və icmanın rəsmi hesabının bərpa edilməsindən ötrü həmrəylik nümayiş etdirərək, “Twitter” administrasiyasına çoxsaylı müraciətlər ünvanlamağa çağırırıq. Hesab edirik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin incisi olan Şuşanın işğal günündə bütün azərbaycanlılar erməni yalanlarına qarşı çıxış edərək birlikdə haqq səsimizi ucaltmaqdan çəkinməməliyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR