Dərc edildi: Baxış sayı: 717
Dağlıq Qarabağ minalardan təmizlənəcək - ABŞ separatçılara maliyyə yardımı ayırdı
ABŞ Konqresinin Nümayəndələr Palatası işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 1,4 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, məlumatı ABŞ-dakı Erməni Milli Komitəsi (ANCA) yayıb.
Bu maliyyə vəsaitinin Qarabağın minalardan təmizlənməsi üçün “HALO Trust” proqramına veriləcəyi iddia olunur.
Həmin proqramın maliyyələşdirilməsi 2020-ci ilin mart ayından dayandırılmışdı.
Bu layihənin ABŞ Konqresinin Nümayəndələr Palatasının müzakirəsinə verildiyi haqda
KONKRET.az dünən geniş material dərc etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət