Slimfit
  1. SİYASƏT

Dağlıq Qarabağ Azərbaycan ərazisidir - almaniyalı deputat

Dağlıq Qarabağ Azərbaycan ərazisidir - almaniyalı deputat
Sakura

Dağlıq Qarabağ Azərbaycan ərazisidir - almaniyalı deputat

BMT-nin qətnamələri də bunu təsdiq edir

“Alumniportal-Aserbaidschan” nəşrinə müsahibə verən Almaniyanın iqtidarda olan XDİ/XSİ partiyasının deputatı Nikolas Lobel bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir.

Deputat Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. O deyib ki, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğuna əmindir. Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın guya Ermənistan ərazisi olması bəyanatını pisləyən Lobel bəyan edib ki, “bu, Azərbaycanın bir hissəsidir”.

“Həmin bəyanat yanlışdır və BMT-nin qətnamələri də bunu təsdiq edir”, -deyə Lobel qeyd edib.

Deputat bildirib ki, bundestaq münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həllindən ötrü əlindən gələni edəcək. O bildirib: “Almaniya öz töhfəsini verməyə hazırdır. Lakin bir məsələ aydındır – Dağlıq Qarabağ Azərbaycana məxsusdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR