Slimfit
  1. İQTİSADİYYAT

Dağıstanla Azərbaycanı daimi dəmir yolu birləşdirəcək

Dağıstanla Azərbaycanı daimi dəmir yolu birləşdirəcək
Sakura

Dağıstan və Azərbaycan arasında müntəzəm dəmir yolu əlaqəsi yaradılacaq

Dağıstan və Azərbaycan arasında müntəzəm dəmir yolu əlaqəsi yaradılacaq. Bunu jurnalistlərlə keçirdiyi görüşdə Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev bəyan edib.

AZƏRTAC xəbər verir ki, V.Vasilyev əlavə edib: “Mən bu məsələdə heç bir maneə görmürəm. İnsanların marağına xidmət edəcək bu dəmir yolu əlaqəsi iqtisadiyyatımızın inkişafına da kömək edəcək”.

Qeyd edək ki, bununla yanaşı, Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Mahaçqala və Bakı arasında birbaşa aviareysin açılması üzrə əməkdaşlığa dair memorandum da imzalanıb. Sənədi Mahaçqala aeroportunun baş direktoru Arsen Pirmaqomedov və Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov imzalayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR