Dağıstan və Şirvan tarixinə dair Azərbaycan dilində yazılmış əsərin əlyazmasının surəti əldə edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Etnoqrafiya və Arxeologiya İnstitutunun kitabxanasından Dağıstan və Şirvan tarixinə dair Azərbaycan dilində yazılmış “Kitabi-nəsəbnameyi-ümərayi-Qaytaq” əsərinin əlyazmasının surətini əldə edib.
APA AMEA-nın saytına istinadən xəbər verir ki, əsərdə erkən orta əsrlərdən XIX əsrə qədər Dağıstan və Şirvanda cəmiyyətin siyasi, sosial-iqtisadi və diplomatik həyatında baş verən hadisələr şərh olunur.
Yazılı abidənin mühüm hissəsini Azərbaycan alimi Mahmud Xınaluqinin bölgənin tarixinə dair 1456-cı ildə Azərbaycan türkcəsində yazdığı əsərdən götürülmüş parçalar təşkil edir. Bu dəyərli mənbə orta əsrlərdə Azərbaycan türkcəsində yazılmış tarixi əsərlərin dilinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Mənbə: Apa.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət