Dərc edildi: Baxış sayı: 754
Dağıstan sərhədində əlacsız qalan azərbaycanlılara yardım edilir
Rusiya-Azərbaycan sərhədində qalan azərbaycanlılara yardım göstərilir.
Mirmol.ru xəbər verir ki, aprelin 4-dən Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd ərazisində, “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində vətəninə qayıtmaq üçün xeyli soydaşımız yığılıb.
Onlar koronavirusla bağlı sərhədlər bağlandığı üçün Azərbaycana gələ bilmirlər. Mənbə bildirir ki, yerli rəhbərlik tərəfindən hər gün həmin şəxslərə yemək, xüsusi qoruyucu vasitələr gətirilir. Eyni zamanda, onlar gecələmək üçün yerlə təmin olunurlar.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət