Slimfit
  1. MARAQLI

Dadlı psixoloji test: hansı almanı yeyərdiniz?

Dadlı psixoloji test: hansı almanı yeyərdiniz?
Sakura

Dadlı psixoloji test: hansı almanı yeyərdiniz?

Almalar sizin barənizdə nə deyə bilər? Bəli-bəli! Təəccüblənməyin – sizin haqqınızda və məhz almalar. Seçdiyiniz meyvə sizin haqqında maraqlı məlumatlar deyə bilər. Alma dünya qədər yaşlıdır. Hazırsınız?

1-ci alma

Siz dürüst insansınız. Heç vaxt necə olmasından asılı olmayaraq həqiqətə pərdə keçirməzsiniz. Pis fikirləriniz olmur və sirli fikirlər də həmçinin yoxdur. Siz özünüz kimi qalmaqdan qorxmursunuz, maska taxmırsınız və ola bilsin həyatınızda olan eniş-yoxuşların səbəbi elə budur. Siz kiçik şeylərlə xoşbəxt ola bilrisniz, heç nə haqqında çox narahat olmursunuz. Sizə ağacdan indi dərdiyiniz adi möhkəm almanı yemək ləzzət edir.

2-ci alma

Sizin enerji ilə dolu olan oynaq təbiətiniz var. Can sıxıcılıq – sizin ölümcül düşməninizdir, buna görə də həyatınız əngəl və macəralarla dolu olduğu üçün darıxdırıcı deyil. Onları axtarmaq sizin devizinizdir. Buna baxmayaraq bütün macəralar özləri sizi axtarıb tapır. Bütün orijinal və bütöv təəssüratlar sizin həyatınıza sevinc gətirir. Sizin almanız – karamelli, şokolada batırılmış və qozludur.

3-cü alma

Siz maraqlı insansınız. Sizi əhatə edən bütün insanlar belə düşünür. Lakin siz əksinə düşünürsünüz. Sizə optimizm, təxəyyül və gözəl hissiyyat xasdır. Məhz bu insanları ilhamlandırır. Həyatınızda baş verən hər şey ətrafdakılar üçün maraqlıdır. Siz heç kimi inandırmaq belə istəməsəniz belə inandırıcısınız. Sizin üçün ən ləzzətli evdə bişirilmiş alma piroqunun bir hissəsi ola bilər. Onun hərarəti və dadı damağınızda qalır.

4-cü alma

Sizin üçün əsas etibarlılıqdır. Bronlu Rolls-Roys, möhkəm materialdan hazırlanmış şkaf, qaya kimi etibarlısınız. Sizin fikirləriniz, hissləriniz və əməllərinizdə nadir müvazinətlilik xüsusiyyəti var. Siz təmkinlisiniz, lakin bəzən bu təmkin sizi utancaqlıqla məhdudlaşdırır. Danışdığınızdan daha çox qulaq asırsınız və bu sizi tamamilə qane edir. Siz o qədər sadiq və etibarlısınız ki, sizinlə oda da, suya da girmək olar. Siz nə xoşlayırsınız? Bir fincan qaynar alma punşu – sakit, rahat, keyfiyyətli və ahəngli.

5-ci alma

Sevinc! Sizi görəndə bu söz yada düşür. Siz həyatınızı bütöv yaşayırsınız, sizə adrenalin lazım deyil. Həyat gözəldir və bu da onun cazibəsidir. Siz hər günün dadı, görünüşü, səsi və iyini dəyərləndirirsiniz. Gündəli adi hadisə belə artıq gözəl və qeyri-adidir. Siz onu özünüz elə edirsiniz. Hər dəfə oyanandan siz hər dəqiqənizlə yaşayırsınız, siz dünya ilə qovuşmağı xoşlayırsınız. Ən səmimi xoşbəxtlik isə - adi şeylərdədir. İsti almalı kökə kimi. Birbaşa sobadan!

6-cı alma

Siz fərasətli və gözüaçıqsınız. Sizin canlı ağlınız və iti reaksiyanız var. Siz gedə-gedə fikirləşirsiniz. Hətta əgər siz o qədər də çox ünsiyyətcil deyilsinizsə, lazım olduqda söhbətcil və gülərüz olursunuz. Siz eyni zamanda həm məzəli, həm də intellektualsınız, bu da istənilən yığıncağı ruhlandırır. Lakin oraya siz öz şəxsi istəyinizlə can atmırsınız. Sadəcə insanları əyləndirməyi bacarırsınız, sadəcə bu. Sizin zəif yeriniz nədir? Yaxşı alma şirəsi.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR