Slimfit
  1. MARAQLI

Da Vinçi markalarla əbədiləşdirildi

Da Vinçi markalarla əbədiləşdirildi
Sakura

Britaniya poçtu Leonardo da Vinçinin vəfatının 500 illiyinə həsr olunmuş poçt markalarını tədavülə buraxıb

Britaniya poçtu Leonardo da Vinçinin vəfatının 500 illiyinə həsr olunmuş poçt markalarını tədavülə buraxıb.

ATV.az “Azərpoçt” un saytına istinadən xəbər verir ki, marka dəstində Leonardo da Vinçinin çəkdiyi rəsm əsərləri əks olunub. Bu tiraj “Sirli axşam”a, dünyanın ən böyük at heykəli layihəsinə hazırlıq eskizlərindən və anatomik rəsmlərdən ibarətdir.

Marka dəstinə 12 marka daxildir ki, bunların da əksəriyyəti Kral külliyyatında qorunub saxlanır. Bu il bu şəkillərin əsli Britaniya muzeylərində, Leonardo da Vinçinin vəfatının 500 illiyi münasibətilə keçiriləcək müxtəlif sərgilərdə nümayiş etdiriləcək. Bu təntənəli proqrama ölkə miqyasında 12 ekspozisiya və London, eləcə də Edinburqdakı Kral qalereyalarında final sərgi nümayişi daxildir. 
Markaların üzərində müqəddəs Filippin şəklini, “Gizli axşam” şedevrinə hazırlıq eskizini, eyni zamanda yatmış dişi pişiklərin lələk və tuş ilə çəkilən rəsmlərini görmək mümkündür.













Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR