Dərc edildi: Baxış sayı: 942
D vitaminini çox qəbul etdi, böyrəkləri sıradan çıxdı
Kanada tibb alimlər D vitamini doza həddini aşması səbədindən 54 yaşlı pasiyentin böyrəklərinin sıradan çıxması kimi kliniki halı qeydə alıblar.
Medicina.az xəbər verir ki, kişi 2 il ərzində hər gün tələb olunan dozanı 8 dəfə aşaraq vitamin qəbul etmişdir.
Asiya ölkələrinə 2 həftəlik səfərdən sonra halı pisləşən kişinin qanında ailə həkimi kreatinin qanda çox yüksəldiyini təyin edir.
Nefroloqa gündə 8000 ME dozada D vitamin qəbul etdiyini etiraf edən pasiyent bunu sümüklərin əriməsinə qarşı etdiyini bildirib.
Orqanizmdə həddən artıq D vitamin artıqlığı böyrəklərin funksiyasını pozub.
Həkimlərin səyi nəticəsində qandakı göstəricilər 1 ilə normaya düşsə də, pasiyentin böyrəklərini bərpa etmək mümkün olmadı. Hazırda o dializ xəstəsidir.
Həkimlər insanların profilaktika məqsədilə dozanı bilib-bilmədən vitamin D qəbulundan narahatdır.
Vitaminin zərərsiz olduğunu düşünənlər bilməlidir ki, adi bir vitamin böyrək və qaraciyəri sıradan çıxara bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət