Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

D vitamini niyə vacibdir?

D vitamini niyə vacibdir?
Sakura

D vitamini niyə vacibdir?

D vitamini və onun əsas xüsusiyyətləri 1928-ci ildə  kəşf edilib. Amma buna baxmayaraq, son illərdə alimlər D vitamini haqda məlumatlarımızı tamamilə dəyişirlər. D vitamini ilə bağlı vaxtaşırı yeniliklər açıqlanır. Məlum olur ki, orqanizmdə problemlərin bir çoxu əslində D vitamininin çatışmazlığı nəticəsində yaranır.

Son məlumata görə isə bütün orqanlarda hər yaşda çox vacib olan D vitamininin konsentrasiyasından təsirlənən reseptorlar var. Elə buna görə də immun sisiteminin güclənməsi, yaxşı əhvalın olması, ən başlıcası isə xərçəngin yaranmasının qarşısını almaq üçün bu vitamin ən vacib hesab edilir.

Qeyd edək ki, mütəxəssislər son illərdə D vitamini çatışmazlığının çox geniş yayıldığını vurğulayırlar. Körpələr, yeniyetmələr arasında bu problemə çox rast gəlinir.

Xatırladaq ki, orqanizmdə D vitamininin yaranmasını təmin edən başlıca amil Günəş işığı sayılır. Bu vitamin daha çox Günəşin təsiri nəticəsində dəridə yaranır.

Günəş vasitəsilə D vitamininin qəbulu üçün ən yaxşı zaman saat 11:00-15:00 arası sayılır. Bundan başqa, bir çox qidalar, yumurta, balıq, süd və süd məhsulları, qaraciyər, göbələk və s. D vitamini mənbəyi sayılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR