Cümşüd Nuriyevi məhkəməyə verirlər - Qadın hərbçilərimizi təhqir etdiyinə görə
Xəbər verdiyimiz kimi, sabiq deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi ictimaiyyətdə böyük qəzəblə qarşılanıb. Qazi qadınlar, tanınmış ictiamiyyət nümayəndələri məsələyə sərt mövqe bildirib.
Bu gün isə C. Nuriyevlə Tutu ləqəbli Qarabağ qazisi Rüxsarə Cumayeva arasında debat olub. APA TV-dəki debatda R.Cumayeva bildirib ki, Qarabağ qazisi olan qadınlar toplanaraq, sabiq deputatı məhkəməyə verəcəklər:
“Cümşüd müəllim, orada batalyon sözünü deyirsiz, siz onu seçsənizdə, seçməsənizdə, desənizdə, deməsənizdə, bu belə qalmayacaq. Bizim sədrimiz hal-hazırda Hollandiyadadır. Xocalı ilə bağlı oraya tədbirə gedib və tədbirdən qayıtdıqdan sonra bütün qadınlar yığılacaq. Siz o qadınların qarşısında istəsəniz, üzr istəyərsiniz, ya da istəməzsiniz, bu sizin öz işinizdir. Biz bu söhbəti məhkəməyə verəcəyik. Çünki qadın təhqirinə bu gün son deyiləcək. Siz bu gün bu təhqiri etmisiz, cəzasını da almalısınız”.
Qeyd edək ki, keçmiş istiqlalçı deputat, politoloq Cümşüd Nuriyev Cümşüd Nuriyev AzTV-də yayımlanan “Əsas məsələ” verilişində Qarabağda döyüşən qadınlar batalyonunu təhqir edib, orada olmuş qadınları “əxlaqsız”, “küçə qadınları” adlandırıb. Sosial şəbəkə yayılan həmin görüntülər, ictimaiyyət və keçmiş döyüşçülər tərəfindən böyük hiddətlə qarşılanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət