Dərc edildi: Baxış sayı: 704
Cüdoçumuz Gültac Məmmədəliyeva Avropa kuboku turnirinin finalına vəsiqə qazanıb
Rumıniyada cüdo üzrə Avropa kuboku turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, qitə yarışında Azərbaycan yalnız qadın cüdoçularla təmsil olunur. Cüdoçumuz Gültac Məmmədəliyeva (52 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Həlledici döyüşdə onun rəqibi macarıstanlı cüdoçu Reka Pupp olacaq.
Qeyd edək ki, qitə turnirində 8 qadın cüdoçumuz mübarizə aparır.
İyunun 2-dək davam edəcək turnirdə 31 ölkədən 400-ə yaxın idmançı iştirak edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət